Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik alverçilərini yaxalayıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.
M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb.
Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddət imiş ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.