Dəhşətli qətl - Toya gedən ata və oğlunu güllələdilər

  • 11.11.2019
  • 0

Türkiyənin Pendik qəsəbəsində toyda 3 nəfər güllələnib.

Demirören xəbər agentliyi xəbər verir ki, qəsəbənin Kavakpınar məhəlləsində küçədə keçirilən toy mərasimində bir qrup şəxs arasında dava düşüb. Dava zamanı tərəflərdən biri digərinə atəş açıb və 3 nəfər güllələnib.

əsarət alanlardan Şenol Kara xəstəxanaya aparılarkən ölüb. Onun atası və digər qohumu isə ağır vəziyyətdə Mərmərə Təhsil-Araşdırma Klinikasına yerləşdirilib.

Artıq cinayətdə iştirak etmiş 3 nəfər tutularaq istintaqa təhvil verilib./publika.az

Nə düşünürsən?