Türkiyədə dəhşətli olay: azərbaycanlı xanım həkimi güllələdilər

  • 07.11.2019
  • 0

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda fəaliyyət göstərən xəstəxanaların birində azərbaycanlı həkim güllələnib.

Aidə A. adlı azərbaycanlı qadın həmkarı tərəfindən silahla vurulub.

Özəl tibb mərkəzinin sahibi olan Celal T. adlı şəxs yanında işləyən Aidə ilə bilinməyən səbəblər ucbatından mübahisə etməyə başlayıb. Daha sonra ona atəş açıb.

Azərbaycanlı həkim ağır yaralanıb. Onu yaralayan həmkarı isə hadisə yerindən qaçmaq istəyib. Lakin silah səslərini eşidərək tibb mərkəzinin qarşısına gələn polislər tərəfindən saxlanılıb.

Yaralı Aidə A. Bakırköy Sadi Konur Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Aidənin 3 yaşlı övladı var./publika.az

Nə düşünürsən?