Rusiyada uşaq bağçasına edilən hücumun videosu yayımlanıb

  • 05.11.2019
  • 0

Rusiya İstintaq Komitəsi Naryan-Marda uşaq bağçasına edilən hücumun görüntülərini yayımlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, qatilə qarşı ittiham irəli sürülüb.

Müstəntiqlərin dediyinə görə, 31 oktyabr saat 13:30 radələrində Denis Pozdeyev "Skazka" uşaq bağçasının mərkəzi girişinə yaxınlaşaraq, "domofon"a zəng çalıb.

Mühafizəçi otaqdan çıxmadan onu valideynlərdən biri ilə səhv salaraq qapını açır. Cani ikinci mərtəbəyə qalxaraq uşaqların yatdığı otağa girib. Müəllimlərdən biri uşaqları xilas etməyə çalışsa da Pozdeyev onu itələyərək çarpayıya yaxınlaşıb. İkinci müəllim kömək çağırıb, qrupun dayəsi  mühafizəçiləri çağırıb, digər işçi "həyəcan düyməsini" basıb. Ancaq buna baxmayaraq Pozdeyev 6 yaşlı uşağı öldürməyə nail olur.

Nə düşünürsən?