Dilarə bu kanalda aparıcılıq edəcək

  • 15.10.2019
  • 0

Müğənni Dilarə Kazımova aparıcılıq edəcək.

“Ölkə.Az” xəbər verir ki, ifaçı bu barədə “İnstagram” səhifəsində məlumat verib.


O, bildirib ki, MTV Azərbaycanda aparıcılıq edəcək.


“18 oktyabr saat 18:00-da ölkənin birinci musiqi kanalı MTV Azərbaycan yeni mövsüm proqramını təqdim edəcək. Məhz bu tarixdə mən, Dilarə Kazımova və MTV kanalının prezidenti, bəstəkar-müğənni Rəhim Rəhimlinin aparıcılığında bayram buraxılışı ilə qarşınızda olacayıq. Peşəkar heyyətlə mövsümə başlayacaq kanal, yeni televiziya proqram cədvəlini tamaşaçılara təqdim edəcək və bundan sonra məni MTV Azərbaycan ekranında görəcəksiniz”.

Sənətçi kanalınn direktoru, müğənni və bəstəkar Rəhim Rəhimlidən gələn təklifi müsbət dəyərləndirdiyini də bildirib.


"Belə ki, mən MTV Azərbaycan Telekanalı ilə müqavilə imzalamışam. Kanalınn direktoru Rəhim bəydən gələn təklifi məmnuniyyətlə dəyərləndirdim. Yeni mövsümdən mən Dilarənin təqdimatında çox dinamik, pozitiv hətta deyərdim özüm kimi cazibədar bir proqram izləyəcəksiniz”.

Nə düşünürsən?