Ukraynada hərbi hospitalda dəhşət

  • 20.09.2019
  • 0

Ukraynanın Lutsk şəhərində hərbi hospitalda güclü yanğın baş verib. 


APA TV-nin Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadən məlumatına görə, yanğın nəticəsində hospitaldan 100-ə yaxın insan evakuasiya edilib. Bunlardan 7-si ağır xəstə, 11-i isə hospitalın tibb işçiləri olub. 


Evakuasiya olunanlar xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Nə düşünürsən?