Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri

  • 13.09.2019
  • 0

⏩▶️ABUNE OLUN!◀️

Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri


Dini təlimlərin əksəriyyəti günahkarlara ölümdən sonra göndəriləcəkləri əzablarla dolu, qaranlıq bir dünya vəd edir. Bu anlayış qədim mifologiyaların əksəriyyətində də bu və ya başqa formalarda mövcuddur. Tenqriçilərin “Tamaq” dediyi bu dəhşətli aləmi dünyanın ən qədim dini məxəzlərindən olan vedalar “Naraka”, “Patala-loka”, “Yama-loka” və ya “Tamasa-loka”, yəhudilər “Şeol” və ya “Ge Hinnom”, xristianlar “Aid” (Ad, Hell), müsəlmanlar isə “Cəhənnəm” adlandırır. Bəs bu dünyada tarix boyu ən qorxulu yer hansı olub?

Cavab: Ge Hinnom vadisidir.

Ge Hinnom vadisi

Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub.

Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb. Bu ad “Tövrat”dakı “Şeol” sözünün sinonimi olaraq “Ge Ben Hinnom” kimi işlədilir. Bu addakı “Ge” “Vadi”, “Ben” isə “Oğlu” deməkdir. İndiki deyilişdə isə “Ben” sözü artıq işlədilmir.

Həmçinin "Talmud"da Gehinnam, Gehinnom kimi qeyd edilib. Bibliyanin bir versiyasında dəfələrlə “Hinnom vadisi”, “Hinnom oğullarının vadisi” ifadələri işlədilib. Yəhudilərin Bibliyasında “uşaqlarınızın oddan keçdiyi yer” kimi də qeyd olunur. Markın Bibliyasında Gehenna “meyidləri qurd basan” yer kimi qələmə verilir. Qədim yəhudi yazılarına görə vaxtilə həmin ərazi romalılara tabe olmayanlara, məhkumlara, günahkarlara işgəncə verilən, onların diri-diri yandırıldığı yer kimi tanınıb.

Bir sıra tədqiqatçılara görə “Quran”da “cəhənnəm” adlandırılan yer də məhz bu yerdir. 

Belə ki, yəhudi ənənəsinə görə, Allahı inkar edənlərin cəsədlərinin basdırılmadan atıldığı bu ərazi coğrafi baxımdan yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşir.

İvrit dilində “Ge Hinnom” adlanan bu dəhşətli vadinin adı sonralar ərəblər tərəfindən məcaziləşdirilərək, “Quran”da ərəb dilinin təsiri ilə “cəhənnəm” sözünə çevrilmişdir. Qədim yəhudi dilindən tərcümədə bu yerin digər bir mənası isə “alov gölü”dür. Tədqiqatçıların fikrincə, cəhənnəmdə alovun olması və insanların yanacağı fikri də məhz buradan yaranıb.

Tarixə nəzər saldıqda “Ge Hinnom” vadisinin bir sıra ayinlər üçün istifadə olunduğunu görmək olar:

1. Qədim büdpərəst israillilərin oğullarını və qızlarını Molek üçün bu ərazidə diri-diri yandırırdılar.

2. Qədim büdpərəst israillilərin dininə görə, günah işləyən günahkarlar da burada diri-diri yandırılırdılar.

3. İlahi Molek üçün insanlara müxtəlif işgəncələr də bu ərazidə verilirdi.

1900-cü illərin əvvəllərinə qədər bu vadi valideynlərin öz doğma övladlarını semit məbudu olan Molekə qurban etdikləri yer kimi tanınırdı. Bir büt olan Molek başqa adlarla da mənbələrdə xatırlanır. Onun digər adları bunlardır: Melex, Malik, Moloş, Moloz və başqaları.

İsrail Krallığı zamanında bəzi insanlar öz övladlarını, qurban etdikləri insanları və cəzalandırmaq istədikləri şəxsləri bu ərazinin ortasında atəşə verirdilər. Buna görə də vadidə günlərlə yanan və yanında dayanılması çox çətin olan bir alov mövcud idi.

Lakin İsrail krallarından olan Yoşiya özündən əvvəlki sələflərinin əksinə olaraq bu dini ayini qadağan edir. O, bunu etməklə valideynlərin vəhşiliyinin qarşısını alır. Bundan sonra isə onun göstərişi ilə bu vadi şəhərin zibilxanası kimi istifadə edilməyə başlanılır və şəhərin bütün tullantıları bura tökülür.

Zaman keçdikcə bura edam edilmiş cinayətkarların meyidlərinin, heyvan cəsədlərinin və hər növ tullantıların atıldığı bir yerə çevrilir. Daha sonra isə insanlar tullantıların yığılıb qalmaması üçün buranı yandırırlar və alovun sönməməsi üçün vadiyə böyük miqdarda kükürd tökürlər.

Musiqi 1: Heaven and Hell 4:26 Jeremy Blake Sinematik | Karanlık

Musiqi 2: Aggressive Zombie Snarls 0:07 Korku

Nə düşünürsən?