Şahzadə bahalı sərgiyə ucuz geyimdə gəldi

  • 13.09.2019
  • 0

Kral ailəsinin gəlini 4 ay sonra kameralar qarşısına çıxıb.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, hersoginya Meqan oğlan uşağı dünyaya gətirdikdən sonra qatıldığı ilk xeyriyyə tədbirində geyim kolleksiyasını sərgiləyib. 

Analıq məzuniyyətindən sonra dərhal işə girişən Sasseks hersoginyası son kolleksiyasını təqdim edib. Satış-sərgidən əldə olunan gəlir işsiz qadınlara yönəldiləcək: “Bu jaketi, eləcə də bu köynəyi geydikdə, yaxud bu çantanı əlinə aldıqda, şalvar və ya paltar seçdikdə anlayacaqsınız ki, ölkənin başqa bir yerində yaşayan qadın bunlara pul verdiyiniz təqdirdə əyninə nəsə ala biləcək”. 

Kolleksiya-sərgini “Qadınlar qadınlara yardım edir” adlandıran Meqan tədbiri krallığın dörd bir yanında davam etdirəcəyini vurğulayıb.  

Hersoginyanın özü isə sərgiyə “Jigsaw” brendindən qara şalvar və rəfiqəsi olan dizayner Mişi Nonunun hazırladığı ağ rəngli blüzlə gəlib. Ekspertlər kraliça gəlininin geyiminin qiymətini cəmi 273 dollar olduğunu bildiriblər.

Nə düşünürsən?