Türkiyədə avtomobil partladıldı - 4 ölü, 13 yaralı

  • 13.09.2019
  • 0

Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı mülki işçiləri daşıyan avtomobilin keçidi zamanı işə salınıb.

"Anadolu” agentliyi xəbər verir ki, Diyarbəkr valiliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlanılıb.

Nə düşünürsən?