Məşhur müğənni faciəli şəkildə öldü

  • 06.09.2019
  • 0

Amerikalı məşhur müğənni Keyli Rey Harris avtomobil qəzası zamanı dünyasını dəyişib.

Bu barədə onun meneceri məlumat verib. Məlumata görə, sənətçi avtomobili ilə konsertə gedərkən 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəzaya düşüb.

Hadisə zamanı sənətçinin 16 yaşlı qızı da avtomobildə olub və o da hadisə zamanı dünyasını dəyişib. 30 yaşlı müğənni yola çıxarkən sosial media hesabı vasitəsiylə videopaylaşım edib və konsertə getdiyi barədə açıqlama verib. Qəzanın səbəbləri məlum deyil.

Nə düşünürsən?