Matryoşka / Matroşka / Matruşka

  • 24.08.2019
  • 0

⏩▶️ABUNƏ OLUN!◀️ https://www.youtube.com/channel/UCBRBXxIvXzwVYVj_Bp0bhsw?sub_confirmation=1


Rusiyanın simvolu: Matryoşka / Matroşka / Matruşka

Ən geniş yayılmış suvenirlərdən biri olan “Matryoşka” rus istehsalı olan oyuncaq növüdür.

“Matryoşka”nın yaranma tarixi 1890-cı ilə təsadüf edir. Hesab olunur ki, bu oyuncaqlar ilk dəfə həmin il Moskvada uşaq təhsil emalatxanasında düzəldilib. 

Bu oyuncağın adı “Matryona” sözündən götürülüb, mənası “ailənin anası” deməkdir.

Bu oyuncaq taxtadan əl işi olaraq düzəldilir və üzərinə müxtəlif rəngli boyalarla naxışlar vurulur. Xüsusilə ənənəvi rus paltarı olan sarafan geymiş körpələr şəklində boyanır. İç-içə keçən, getdikcə kiçilən, dekorativ bir suvenir olaraq istifadə edilə bilən və ya uşaqların maraqla tək-tək açıb oynadıqları bu oyuncaqların xüsusilə işləmələri göz oxşayır. Naxışların hər biri incə iş tələb edən diqqətlə hazırlanır. Oyuncağın özü 6 və daha çox sayda olur. Hər birinin içərisində özündən balacası yerləşir. Belə ki, oyuncaqların ortasından açdığınızda başqa bir oyuncaq çıxır, başqasını açanda yenə başqa biri çıxır və beləcə davam edir. Ən axırıncı balaca matryoşka isə açılmır.

“Matryoşka”ların üzərinə vurulan xüsusi bəzək növü “xoxloma” adlanır. Başlanğıcını XVII əsrdən götürmüş bu rəngkarlıq nümunəsi, əsasən qızılı fonda qara və qırmızı boyalarla quşüzümü, dağ çiyələyi, müxtəlif çiçək və budaq rəsmləri çəkməkdən ibarətdir. Hərdən quş, heyvan və balıq şəkilləri də çəkilir.

“Matryoşka” oyuncaqları həm oymaçı, həm də şəkil sənəti baxımından bu gün Rusiyanın imici və ruhu sayılır.


Musiqi: Ambler - Video Classica 0:46 Kevin MacLeod Çocuklar | Neşeli    

Kevin MacLeod sanatçısının Ambler - Video Classica adlı şarkısı, Creative Commons Attribution lisansı (https://creativecommons.org/licenses/by/4.0/) altında lisanslıdır.

Kaynak: http://incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1300019

Sanatçı: http://incompetech.com/


Səsləndirdi: Aygün Paşazadə

Nə düşünürsən?