Zelenskiy: Krımın qaytarılması ilə bağlı Kiyevin mövqeyi qətidir

  • 23.08.2019
  • 0

Krımın Ukraynaya qaytarılmasının vacibliyi barədə Kiyevin mövqeyi qətidir. FaktXeber.com-un məlumatına görə, bu barədə cümə günü Ukrayna prezidenti Vladimir Zelenskiy Kiyevdə veteran və könüllü təşkilatların nümayəndələri ilə söhbəti zamanı bildirib.

"Təbii ki, Krımın geri qaytarılması ilə bağlı sərt bir mövqeyimiz var. Əlbəttə ki, bunu istəyirik", -  deyə prezident bəyan edib.

Zelensky bunun baş verəcəyinə şübhə etmədiyini vurğulayıb.

"Mənim üçün hər bir krımlı ukraynalıdır. Bütün bunlar bizim torpaqlarımızdır və biz onu qaytarmağa çalışacağıq", deyə prezident əlavə edib.

Nə düşünürsən?