Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir

  • 23.08.2019
  • 0

Rusiyanın avqustun 8-də Nyonoksda baş verən  nüvə qəzasını gizlətmə cəhdləri barədə dəlillər günü-gündən artır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə BusinessInsider xəbər verib.

Bildirilir ki, Kreml ölümcül partlayışın səbəbini açıqlamaqdan imtina edib. Lakin  yaralı pasientləri müalicə edən həkimlərə radiasiya şüalanması barədə xəbər verilməyib, xəstəxana sənədləri isə müsadirə olunaraq, məhv edilib (The Moscow Times).

Məlumata görə, poliqon yaxınlığında olan 4 nüvə monitorinq stansiyası qəzadan sonra  sirli şəkildə sönüb. Ekspertlər bunu çox qəribə təsadüf adlandırırlar (CNN).

Nə düşünürsən?