İdlibdə yeni gərgin dövr başlandı

  • 21.08.2019
  • 0

“Xan-Şeyhunun Əsəd rejiminin nəzarətinə keçməsi Türkiyəni narahat edir“

Aylardır atəş səsinin nisbətən az eşidildiyi və gərginliyin elə də çox müşahidə edilmədiyi İdlib yenidən ən ağır dönəmini yaşamağa başlayıb.

Təbii İdlibdə vəziyyətin gərginləşməsi təkcə Suriya daxilində tərəflərin deyil, həmçinin Suriya xaricində də ölkələr arası münasibətlərin gərginləşməsinə səbəb olur. Vaxtaşırı Amerika, Rusiya, Türkiyə münasibətlərinin məhz Suriyada baş verən prosseslər səbəbindən gərginləşdiyinin şahidi olmuşuq. Bu dəfə İdlibdə aranın qarışması və Rusiya tərəfinin hava dəstəyi verdiyi Əsəd rejiminin müxalifətə qarşı hücuma keçməsi dünya siyasilərinin diqqətini yenidən Rusiya ilə Türkiyə arasındakı münasibətlərə yönəldib.1-ci səbəb Əsəd rejiminin müxaliflərə qarşı hücuma keçməsi zamanı türk əsgərlərinə etdiyi hücumdur...

2-ci səbəb isə İdlib və hücum zamanı ələ keçirilən Xan Şeyhun bölgəsidir...Xan Şeyhun əhəmiyyətinə gəlincə... bu məntəqə Suriyanın iki ən böyük şəhərini Hələb və Dəməşqi birləşdirən əsas magistralların qovuşduğu nöqtədir. Eyni zamanda Xan Şeyhunun ətrafında Türkiyə silahlı qüvvələrinin dayaq nöqtələri var və qəsəbənin Suriyanın hökumət qüvvələri tərəfindən ələ keçirilməsi Ankaranın bölgəyə nəzarəti itirməsi deməkdir... Türkiyənin bəzi kütləvi informasiya vasitələri artıq İdlib məsələsinin Moskva ilə Ankara arasında olan münasibətləri yenidən gərginləşdirəcəyini yazırlar.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması isə münasibətərə dair hər iki tərəfin ehtiyyatlı davrandığını göstərir...

Rəsmi Moskva Suriyada hökumət qüvvələrinə dəstək göstərdiyini gizlətməsə də bu dəstəyin Türkiyə ilə mübarizəyə deyil, regionda yerləşmiş terror qruplaşmalarına qarşı həyata keçirildiyini bildirir. Fransada prezident Makronla görüşdən əvvəl açıqlama verən Rusiyanın dövlət başçısı Vladimir Putin qeyd edib ki, “biz terrorçuların İdlibdə komfortlu şəraitdə yaşayacaqlarına söz verməmişdik”. Putin həmçinin vurğulayıb ki, İdlib ərazisinin 90 faizinə terrorçular nəzarət edir və buradan dünyanın müxtəlif yerlərinə terrorçular göndərilir. Onun sözlərinə görə, bu, çox təhlükəli tendensiyadır.

Ekspertlər düşünür ki, Suriyada baş verənlərin Türkiyə ilə rusiya arasında böyük gərginliyə səbəb olacağı ehtimalı azdır...

Ömər Özkayanın fikrincə İdlib məsələsində Rusiya İran və Amerikanın maraqlarının toqquşması ehtimalı daha böyükdür.

İdlibdə baş verənlər həm də bütün Avropanı narahat edir.

Çünki sabitlik dövründə yenidən İdlibə sığınmış 2,5 milyon suriyalı ara qarışacağı təqdirdə yenidən ölkələrini təkr etmək məcburityyətində qalacaqlar. Avropa ölkələrinin qorxusu isə onların yenidən miqrant axınına məruz qalmasıdır. Məhz buna görə də Avropa İdlibdə baş verənlərdən narahatlığını ifadə edir və bu məsələdə Türkiyənin yanında olduqlarını gizlətmirlər. Avropa üçün önəmli olan məsələlərdən biri Türkiyənin suriyalı miqrantlara sahib çıxmasıdır. görünən mənzərə isə odur ki, İdlib yenə də güc və savaş meydanına çevrilir.

Bu məsələ də hansı ölkələrin baş-başa gələcəyi isə naməlumdur...görünən isə odur ki, Suriyada artan geopolitik risklər lirənin dollara qarşı ucuzlaşmasına da təsir göstərib. 1 dolların alışı 5 lira 50 kruşa qədər enmişdisə 21 avust tarixində alış 5 lirə 75 kruşa qədər qalxıb.

Nə düşünürsən?