Erməni səfirin təxribatçı yalanı

  • 15.08.2019
  • 0

Rusiya Səfirliyimizdən, azərbaycanlı tələbədən erməni təxribatına cavab

Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu da ermənilərin təxribat mərkəzinə çevrilib.

Forum çərçivəsində gənclərlə görüşən dövlət və ictimaiyyət nümayəndələri arasında Ermənistanın Rusiyadakı səfiri də yer alıb. Səfir forum iştirakçıları qarşısında çıxışında sanki platormanı səhv salıb və sözün həqiqi mənasında ağzına gələni danışıb. Bu isə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.

Ermənistan səfiri sanki forumda gənclərə yalan məlumat vermək üçün iştirak edirdi. Ermənistanın monomillət dövlət olduğunu unudaraq Bakıda erməni və erməni kilsəsinin qalmadığını söyləyirdi.

Azərbaycan nümayəndə heyyətinin sədri Sabir Rüstəmov isə həm forumda, həm də sonra bunun düzgün olmadığını, səfirin ictimaiyyətə yalan məlumat verdiyini ilk öncə forum iştirakçılarına daha sonra erməni jurnalistə başa saldı.

Daha sonra nə baş verir. Azərbaycan nümayəndə heyəti təzyiqlərə məruz qalır. Məlumatın Azərbaycana ötürülməsini qadağan edilir. Onların təhlükəsizliyi Azərbaycan icmasının üzərinə düşür və bu günə kimi davam edir.

Bütün bunları nəzərə alaraq Azərbaycanın Rusiyadakı səfirliyi məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlamışdır.

Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina etmişdir.

Nə düşünürsən?