ABŞ-da silahlı atışma - 7 polis güllələndi

  • 15.08.2019
  • 0

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən silahlı insident nəticəsində yeddi polis əməkdaşı yaralanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə şəhər polisi Tvitter hesabında yazıb.  

Güllələnmə hadisəsi şəhərin şimalında 3700 N və 15-ci küçələrinin kəsişməsində baş verib. İnsident yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub.

Hadisənin bir nəfər tərəfindən törədildiyi bildirilir. Baş verənlərin təfərrüatları hələ məlum deyil.

Nə düşünürsən?