Türkiyədə avtobus qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

  • 02.12.2017
  • 0

Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib. APA TV-nin “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Mudanya yolunda qeydə alınıb. Fabrik işçilərini daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər ölüb. Zərbənin gücündən avtobus yanı üstə aşıb. Avtoqəza nəticəsində çoxlu sayda xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Nə düşünürsən?