Bərdədə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı

  • 01.12.2017
  • 0

Bərdədə ağır yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, iki minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. 1963-cü il təvəllüdlü Rəhilə Qazıyeva, 1961-ci il təvəllüdlü Nazilə Quliyeva, 1966-cı il təvəllüdlü Yaqut Məmmədova, 1980-ci il təvəllüdlü Sadiq Süleymanov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Sadiq Süleymanovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?