Mahir Mədətov “Qarabağ”ı tərk edir?

  • 30.11.2017
  • 0

21 yaşlılardan ibarət Azərbaycan milli futbol komandasının və Qarabağ klubunun futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Lider TV-də yayımlanan "Bu bizik” verilişinə telefonla bağlantı zamanı xarici klubların onunla maraqlandığını deyib. O bildirib ki, hər şey 2018-ci ildə dəqiqləşəcək: "Müqavilə imzalansa, hamı biləcək ki, qış koridorunda Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik. Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin koridorunu gözləmək lazımdır”.

Nə düşünürsən?