Su-30 ABŞ təyyarəsinə “hücum” etdi

  • 22.07.2019
  • 0

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3 kəşfiyyat təyyarəsini “aqressivcəsinə izlədiyi” barədə məlumat yayıb.

Axar.az xəbər verir ki, insidentin 19 iyulda baş verdiyi bildirilib. Məlumatda Su-30-un EP-3-ün ekipajına və təyyarənin özünə ciddi risk yaratdığı vurğulanıb.

Bu gün yayılan videoda Su-30-un ABŞ təyyarəsinə təhlükəli məsafədə yaxınlaşdığı görüntülənib.

Qeyd edək ki, bundan öncə Venesuela ABŞ təyyarəsinin hava sərhədini pozduğunu bəyan edib. İddia edilib ki, təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb, yalnız Su-30 havaya qalxdıqdan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi uzaqlaşıb.

Nə düşünürsən?