Məşhur biznesmenin “Hummer”ini qaçırıb qəza törətdilər

  • 19.07.2019
  • 0

Rusiyanın Moskva şəhərində “Aqreqatka” avtoservisinin əməkdaşları biznesmen Vasili Kozinin “Hummer” markalı avtomobilini qaçırıblar.

“Qafqazinfo”nun “Life.ru” saytına istinadən məlumatına görə, maşınını təmirə verən iş adamı Soçiyə istirahətə yollanıb. Avtoservis əməkdaşları avtomobilə baxış keçirib onun nasaz hissələrini düzəltməli idilər.

Kozinin istirahətinin üçüncü günü onun mobil telefonuna avtomobilində quraşdırılmış xüsusi siqnalizasiya vasitəsi ilə qəza haqda bildirişlər daxil olmağa başlayıb. Biznesmen dərhal polisə müraciət edib və bildirib ki, kimsə onun avtomobilini Moskvanın mərkəzi küçələrində idarə edir. Bir müddətdən sonra Kozinin avtomobili tapılıb.

Polis əməkdaşları sükan arxasında avtoservisin texnikinin, yanındakı sərnişin oturacağında isə mərkəzin direktorunun olduğunu məlum edib.

Faktla bağlı araşdırma aparılır.