Türk donanması Kipri mühasirəyə aldı

  • 11.07.2019
  • 0

AB, ABŞ və Yunanıstan başda olmaqla, bir çox ölkənin Türkiyənin Kiprdə təbii qaz axtarmasına qarşı çıxmasına baxmayaraq, qardaş ölkə “Barbaros”, “Fatih” və “Yavuz” gəmiləri ilə adanı mühasirəyə alıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.

Nəşrin məlumatına görə, Kipr sahillərində Türkiyənin təbii qaz və neft axtarışı fəaliyyəti bəzi ölkələrin narazılığına səbəb olub. Cənubi Kipr və Yunanıstan başda olmaqla, AB və ABŞ Türkiyənin bölgədəki fəaliyyətinin əleyhinə çıxıb. Qardaş ölkə isə bu barədə qəti mövqeyindən əl çəkməyib.

“Yavuz” və “Fatih” qazma gəmiləri ilə “Barbaros Xeyrəddin Paşa” seysmik araşdırma gəmisi Kipri bir növ mühasirəyə alıb . Cənubi Kipr tərəfi “Fatih” gəmisinin şəxsi heyəti ilə bağlı həbs qərarı qəbul etsə də, Türkiyə Silahlı Qüvvələri bununla bağlı zəruri tədbirlər görüb.

Belə ki, Türkiyənin Müdafiə Nazirliyi sözügedən gəmilərin səfərləri zamanı donanma və aviasiya vasitələri tərəfindən müşayiət olunduğunu açıqlayıb.

Nə düşünürsən?