Bakıda avtobus piyadanı vuraraq öldürdü

  • 28.11.2017
  • 0

Bakının Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində qeydə alınmış avtoqəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub. Nəticədə ağır xəsarətlər alan piyada elə hadisə yerində dünyasını dəyişib. Əraziyə YPX müfəttişləri və Binəqədi RPİ-nin əməkdaşları cəlb olunub. Ərazidə müayinələr aparılıb. Avtobusun sürücüsü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtobusun vurduğu Bahar adlı qadın ruhi-əsəb xəstəsi olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyətlər yaradırmış. Növbəti belə vəziyyətlərin birində isə o, avtobusun qarşısına çıxıb. Qeyd edək ki, avtobus həmin vaxt qaraja yollanırmış.

Nə düşünürsən?