Yolu keçmək istədi, "QAZel"in altında qaldı

  • 27.11.2017
  • 0

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi "QAZel" markalı, 19 BH 087 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Nəsimi kənd sakini, 30 yaşlı Hadıyev Bilal Akif oğlunu vurub. Yaralı komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra yaralı cərrahiyə əməliyyatına götürülüb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Sabirabad rayon Polis İdarəsində araşdırma aparılır.

Nə düşünürsən?