Ay tutulması nədir? Sumqayıtdan müşahidə

  • 20.06.2019
  • 0

⏩▶️ABUNƏ OLUN!◀️ https://www.youtube.com/channel/UCBRBXxIvXzwVYVj_Bp0bhsw?sub_confirmation=1

Ay tutulması

Ay orbitində hərəkət edərkən bəzən Yerin kölgəsindən keçir. Bu proses Ay tutulması adlanır. Ay tutulması Bədirlənmiş Ay fazasında ya da Ay düyün nöqtələrinə yaxın olduğu vaxt baş verir. Ay Yerin kölgəsinə daxil olarkən, üzərinə Günəş tərəfindən birbaşa olaraq işığın düşməsinin qarşısı alınır. Ay tutulmasının vaxtı təqribən 40 dəqiqə ilə 1 saat arasında dəyişir. Bəzən bu müddət bir qədər də artıq ola bilir. Tutulma Ayın üfüq xəttindən yüksəkdə olduğu nöqtələrdən müşahidə oluna bilir.

Ayın Yerin kölgəsinə daxil olmasına baxmayaraq, Günəş işığı Yerin atmosferində qırılaraq Ayın səthinə düşür və Ay bu səbəbdən Yerdən görülə bilir. İşıq Yer atmosferində qırıldığı üçün göy işıq udulur və Ayın səthinə qırmızı işıq çatır. Bu səbəbdən də Ay tutulma zamanı Yerdən üzərinə qırmızı kölgə düşmüş kimi görünür. Ayın belə vəziyyətini “Qanlı Ay” adlandırırlar.

Müşahidə yerindən asılı olaraq tutulma tam və ya qismən müşahidə edilə bilir. Əsasən ildə iki dəfə Ay tutulmasını görmək mümkündür. Buna baxmayaraq Ay tutulmasının yaşanmadığı ya da ildə üç dəfə müşahidə olunduğu dövrlər də ola bilər.

Dünyanın yalnız müəyyən bir hissəsindən müşahidə oluna bilən Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasının Yerin gecə tərəfindəki istənilən nöqtədən açıq hava şəraitində müşahidə edilməsi mümkündür. Ay tutulması ilə müqayisədə Günəş tutulması yalnız bir neçə dəqiqə çəkir. Bu Günəşin üzərinə düşən Ayın kölgəsinin kiçik olması ilə bağlıdır. Günəş tutulmalarından fərqli olaraq, Ay tutulmaları dolunaydan daha zəif olduğundan, göz qorunması və ya xüsusi tədbirlər olmadan təhlükəsiz şəkildə izlənə bilər.

Musiqi: Sleeplessness 2:27 The Brothers Records Hip Hop ve Rap | Sakin

Nə düşünürsən?