Deyirdi ki, Mətanət arxamca danışır, nəvəsinin ad günündə oynadı

  • 20.06.2019
  • 0

Əməkdar artist Mətanət İsgəndərli ilə müğənni Mətanət Əsədova arasında yaranan gərginlik sona çatıb.  

“Qafqazinfo” xəbər verir ki, iki gün əvvəl həmkarından küsdüyünü açıqlayan Əsədova ötən gün Əməkdar artistin nəvəsi Tuncayın ad günündə iştirak edib. 

Onun görüntülərini aparıcı-aktyor Sərxan Kərəmoğlu instaqram səhifəsində paylaşıb. 

Qeyd edək ki, M. Əsədova “Bir axşam” proqramında qonaq olarkən İsgəndərlinin onun arxasınca danışdığını, buna görə də həmkarını həyatından sildiyini bildirmişdi. 

Nə düşünürsən?