Məktəbdə iyrənc olay: Lüt soyundurub başına oyun açdılar

12.06.2019 | 1 364 | 0

Hindistanın Uttar Pradesh əyalətində yerləşən Malobar kəndində dəhşətli hadisə baş verib.

AzNews.az xəbər verir ki, 17 yaşlı şagird Ranjit Singh sinif yoldaşları tərəfindən vəhşicəsinə öldürülüb.

Qətlə səbəb isə onun sinifdə ön sırada əyləşmək istəməsi olub. Sinif yoldaşları əvvəlcə onu soyundurub, sonra isə döyərək öldürüblər. Onu yerə yıxan şagirdlər motosikletlə dəfələrlə üzərində keçiblər.

Hadisə yerinə çağırılan polis tərəfindən xəstəxanaya çatdırılan 17 yaşlı Ranjitin həyatını xilas etmək mümkün olmayıb.

Polis cinayət işi ilə bağlı 4 nəfəri saxlayıb.

Nə düşünürsən?
Loading...