Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi

  • 21.05.2019
  • 0

Ukraynanın Səhiyyə naziri Ulyana Suprun Vladimir Zeleksninin inauqursiyasından sonra ölkəni tərk edib.

“Qafqazinfo” “strana.ua” portalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun “Borispol” hava limanındakı görüntüləri yayılıb.

Məlumata görə, Suprun Almaniyanın Frankfurt şəhərinə uçub.

Qeyd edək ki, Ukraynanın yeni Prezidenti bütün hökumətin istefasını tələb etdiyi halda U. Suprun vəzifəsindən getməyəcəyini açıqlamışdı.

Nə düşünürsən?