Bir kəmər, bir yol

  • 18.05.2019
  • 0

Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə iqtisadi sahədə deyil, eyni zamanda humanitar, mədəniyyət, elm və təhsil istiqamətlərində də əməkdaşlıq üçün yeni imkanlar açır.

 Bu barədə Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu" konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akfi Əlizadə ilə Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan arasında baş tutan görüşdə danışılıb.

Sie Fucan iki ölkə arasında tarixən mövcud olan əlaqələrin müasir dövrdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində inkişaf etdiyini, birgə layihələrin icra olunduğunu deyib.

O, iki ölkənin alimlərin qarşılıqlı səfərləri, birgə tədbirlərin təşkilinin əməkdaşlığımızın vacib məqamlarından biri kimi dəyərləndirib. 

Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib.

Rəhbərlik etdiyi akademiyanın Çinin elm-təhsil qurumları ilə münasibətlərə böyük önəm verdiyini vurğulayıb.

Nə düşünürsən?