İstanbulda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad olunub

  • 10.05.2019
  • 0

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsi ziyarət olunub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və diplomatik korpusun əməkdaşları, Sarıyer rayonu bələdiyyəsinin sədri Şükrü Gənc və yerli özünüidarəetmə orqanının təmsilçiləri, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə güllər düzülüb.

Tədbir iştirakçıları Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

Nə düşünürsən?