Rusiyanın tanınmış jurnalisti, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko dünyasını dəyişib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, paytaxt Moskvada motosikletlə hərəkət edən jurnalist qəflətən yıxılıb. “Exo Moskva”nın baş redaktoru Aleksey Venediktovun sözlərinə görə, Dorenko özünü pis hiss etdiyi üçün idarəetməni itirib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. 59 yaşlı jurnalistin qəza, yoxsa səhhətində yaranmış problemdən öldüyü hələ ki məlum deyil.