Gəncədə yük avtomobili xəndəyə düşdü

  • 10.05.2019
  • 0

Gəncə şəhərinin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin yenidən qurulması işləri görülən zaman yol çöküb.

“Shacman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşınının sürücüsü, 1987-ci il təvəllüdlü Heydərov Xaliq Süleyman oğlu xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.

Nə düşünürsən?