Nigar Camal üç dəqiqə üçün 45 min xərclədi

  • 09.05.2019
  • 0

Müğənni Nigar Camal "Я в твоем плену" adlı mahnısına klip çəkdirib.

AzNews.az xəbər verir ki, ukraynalı rejissor Aleks Lamahın ekranlaşdığı klipdə Nigarı rəqqaslar müşayiət edib.

Ekran işinin tizeri ifaçının rəsmi "Youtube" kanalına yerləşdirilib.

Qeyd edək ki, üç dəqiqəlik klip Nigar Camala 45 min manata başa gəlib.

Xatırladaq ki, Nigar Camal bundan öncə "Get həyatımdan" adlı klipdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə rol almış və böyük səs-küyə səbəb olmuşdu.

Nə düşünürsən?