Lukaşenko və Poroşenko üçün milyonluq ayaqyolu...

17.04.2019 | 18 | 0

Belaruslu bir “YouTube” istifadəçisi Qomel şəhərində inşa olunmuş və “milyonluq tualet” adlandırılan ayaqyolunu videoya çəkib.

Teleqraf.com xəbər verir ki, rezonans doğurmuş ictimai tualetin daxili bəzəyi insanları məyus edə bilər. Söhbət tualetin inşasına sərf olunan fantastik pulların hara xərcləndiyi aydın olmur.

Qeyd olunur ki, ölkənin ən bahalı tualeti hələ ötən ilin oktyabrında Qomelə prezidentlər Aleksandr Lukaşenko ilə Petro Poroşenkonun səfəri zamanı açılıb. Ancaq tualet hələ də işləmir.

“Bəlkə də obyektin inşasını sadəcə başa çatdırmayıblar. Bu il martın 22-də icetrade.by saytında dövlət tenderi və satınalma elanı yerləşdirilib. Həmin elanda Qomel şəhəri Soj rayonunda ictimai tualet üçün ventilyasiya sisteminin və kondisionerlərin alınmasından bəhs olunub”, – deyə yazıda bildirilib.

Nə düşünürsən?
Loading...