Bu adamın başına belə bir hadisə gəldi - Səbəbi isə...

  • 16.04.2019
  • 0

İstanbul Üsküdarda əsgər əyləncəsi üçün konvoy edən bir qrup, Refik Arslan adlı mühacir vətəndaş ilə yol vermə səbəbi ilə mübahisə edib.

Dəstədəki onlarla adamın hücumuna məruz qalan Arslan, aldığı beşbarmaq zərbəsiylə faciəvi şəkildə yaralanıb. Adam təcavüzün nəticəsində sağ gözünü itirib.

Əsgər əyləncəsi edən izdiham bir konvoy yolu ilə gedirdi. Vasitəsilə manevr edən Arslan, konvoyun qarşısında maşının yanına doğru irəlilədi. O zaman dəstədəki maşının pəncərəsindən sallanan bir adam, Arslan ilə şifahi münaqişəyə girərək vasitəni geri çəkməsini deyib. Amma Refik Arslan vasitəsilə yola girmək üçün təkrar irəli doğru manevr edib. Bunun üzərinə dəstədəki qəzəbli kütlə bir anda Arslanın vasitəsinə doğru yönəlib.

İzdiham qrupunun hücumuna məruz qalan adam, aldığı beşbarmaq zərbələri ilə yerə yıxıldı. Sonra təcavüzkarlar yerdə yatan Arslanın öldüyünü zənn edərək vasitələrinə minib hadisə yerindən uzaqlaşdılar. Hadisə yerinə tibb briqadaları sövq edilib. Yaralı adam sanitar maşına mindirilərək müalicə olunmaq üçün xəstəxanaya qaldırıldı. Həkimlər, Rafiq Arslanın sağ gözünün pis şəkildə zədə aldığını söyləyərək əməliyyatla götürdülər.

Davada sağ gözünü itirən Refik Arslan, "Oradan xəstəxanaya getdik təcili tibbi yardım maşınıyla. Xəstəxanada dedilər ki, sağ gözünüzün, canı yox olduğu üçün gözü alacağıq. Gözü əməliyyatla götürdülər. Bu andan gözüm yoxdur" deyə ifadə edib.

Adam sağ gözünü itirməsinə səbəb olan şəxslərdən şikayətçi oldu. Baş verən hüquqi prosesdə təcavüzkarlar nəzarətə alınsa da, daha sonra sərbəst buraxıldı.

3 ildir hüquq mübarizəsini davam etdirən mühacir Arslan ona hücum edənlərin həbs olunaraq müvafiq cəza almalarını və bunun da gələcəkdə baş verəcək oxşar hadisələr üçün örnək olmasını istədiyini bildirib./metbuat.az