4 yaşlı oğlan 6 yaşlı bacısını güllələyib öldürdü

  • 15.04.2019
  • 0

ABŞ-ın Corciya ştatında dəhşətli hadisə baş verib.

Ştatdaxili yolda avtomobili ilə alış-verişə gedən Kourtey Kelli baş vermiş nasazlıq səbəbindən nəqliyyat vasitəsini saxlayıb. Maşından düşən qadın az sonra avtomobilin salonundan silah səsi eşidib. Dərhal qapını açan qadın 4 yaşlı oğlunun 6 yaşlı bacısı Milie Dryu Kellinin güllələdiyini görüb. Kourtey Kelli avtomobillə yaralı övladını Atlantadakı xəstəxanaya çatdırsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ABŞ-da əsas gündəm mövzularından olan mülki şəxslərin silahlanması problemini yenidən gündəmə gətirib və böyük müzakirələrə səbəb olub./publika.az

Nə düşünürsən?