Süleyman Çakır qayıdır? Oqtay Qaynarca: “Çakırla Hızırı eyni serialda görmək istəyirəm”

  • 10.04.2019
  • 0

Məşhur "Qurdlar vadisi" televiziya serialında aktyor Oqtay Qaynarcanın yaratdığı Süleyman Çakır obrazı yenidən ekranlara qayıda bilər. Cebhe.info xəbər verir ki, bu barədə aktyor özü məlumat verib. Youtube sosial şəbəkəsi vasitəsilə pərəstişkarlarına müraciət edən O. Qaynarca hazırda "Eşkiya dünyaya hökmdar olmaz" serialında Hızır Çakırbəyli rolunu yaratdığını, Süleyman Çakırı diziyə gətirməyi düşündüklərini deyib: "Süleyman Çakırın nə yapacağı bəlli olmaz. Bəlkə bir gün çıxdı, gəldi. “Qurdlar vadisi"ndə ölmüşdü, ancaq bu ssenaridir, bəlli olmaz. “Qurdlar vadisi” nin ssenarisini yazanlar indi EDHO - nun ssenari müəllifidir. Süleyman Çakırla Hızır Çakırbəylini eyni serialda görmək istəyirəm”.

Qeyd edək ki, hər iki serialın ssenari müəllifi Raci Şaşmazdır. “Qurdlar vadisi” və Qurdlar vadisi pusu” seriallarında çəkilmiş bir sıra aktyorlar, o cümlədən Kənan Çoban (Abdulhey),  Mustafa Üstündağ (Muro), Hüseyn Avni Danyal (Yalçın Bulud), Turqay Tanülkü  hazırda “Eşkiya dünyaya hökmdar olmaz” serialında müxtəlif obrazlar yaradırlar. Maraqlıdır ki, Turqay Tanülkü hər iki serialda eyni rolu-“Şahin ağa” rolunu canlandırır.

Aydın

Cebhe.info

Nə düşünürsən?