Paşinyanın Bakıya gəlmək istəyi

  • 14.03.2019
  • 0

Erməni baş nazir ya sülh, ya müharibə qərarı verməlidir

Nikol Paşiyanın Azərbaycan xalqı ilə birbaşa dialoqa girmək niyyəti barədə fikirlər səsləndirməsi bəzi ekspertlər tərəfindən Bakıya gəlmək niyyəti kimi şərh edilib.

İstiPress-in məlumatına görə, rusiyalı ermənipərəst şərhçi Stanislav Tarasov bununla bağlı “Regnum”da yazdığı məqaləsində bildirir:

“Bunu erməni baş nazirinin Bakıya səfərə gəlmək istəyi və ya azərbaycanlılarla «hakimiyyətin başının üstündən” dialoqunun başlanğıcı kimi qəbul edək?  Axı səslənən formulu başqa cür gerçəkləşdirmək qeyri-mümkündür”,- deyə Stanislav Tarasov vurğulayıb.

Lakin rusiyalı ekspert növbəti cümlələrdə bu ehtimalın az olduğunu və Paşinyanın daxili bazarda reytinq xətrinə Qarabağ kartı ilə oynadığını vurğulayır: “Bax, buna görə də elə hiss yaranır ki, Paşiyan manevr edir və Qarabağ kartından öz xeyrinə istifadə etməyə çalışır”.

Əslində, Nikol Paşinyan Qarabağ məsələsinin hakimiyyəti üçün yarada biləcəyi problemdən özünü sığortalamaq istəyir. Məsələ bundadır ki, Madrid prinsipləri əsasında 20 ildir ki, danışıqlar aparan Qarabağ klanı ermənilərdən gerçəkləri gizlədiblər və istənilən variantda işğal etdikləri ərazilərdən çıxmalı olduqlarını bildirməyiblər. Bunun əksinə, xalqa “bir qarış torpaq da verməyəcəklərini” deyiblər. Təbii ki, bu da Ermənistan iqtisadiyyatını indiki vəziyyətə salıb ki, bütün bu detallar barədə Paşinyana yaxın “1in.am” portalı bu gün geniş məqalə verib.

İndiki vəziyyətdən belə çıxır ki, ötən il aprel ayında baş vermiş narıncı inqilabda Serj Sarkisyan özü Nikol Paşiyanın hakimiyyətə gəlməsi üçün şərait yaradıb. Real vəziyyəti görən Nikol Paşiyan təbii ki,  iki yol ayrıcındadır – birinci yol, Madrid prinsipləri əsasında 5 rayonu qaytarıb danışıqlar prosedurunu davam etdirməkdir ki, bu da onun tezliklə hakimiyyətdən getməsi ilə nəticələnə bilər.

Nə düşünürsən?