Unikal kadrlar: balıqlar suyun dibində ev tikir

  • 13.11.2017
  • 0

"Anemon balığı" və ya "təlxək balıq" adlandırılan kiçik balıqlar okeanın dibində özlərinə ev qururlar. Balıq ailəsi birlikdə çalışır, kokos qozunun qabığını "yerinə qaytarmaq" üçün usanmadan "işləyirlər". Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu unikal kadrlar BBC telekanalında nümayiş olunan "Blue Planet II" sənədli filmlər seriyasındandır. Anemon və ya aktiniya adlandırılan polipin yanında ev quran balıq ailəsi kokos qozunu evə çevirəndən sonra ətrafdakı qumla onu "bərkidirlər".

Nə düşünürsən?