Yayın gəlişi ilanların fəallaşmasına səbəb olur. Bu isə bir məsələni gündəmə gətir. Bəs ilan sancma hadisələri baş verərsə, rayon xəstəxanalarında ilan zəhərinə qarşı zərdab mövcuddurmu? Havalar isindikcə rayonlarada sürünənlər də aktivləşir. İlanların insanlar üçün ən çox təhlükə olduğu yerlərdən biri şimal-qərb bölgəsidir. Zaqatalada bir neçə gün əvvəl ilansancma halı baş verib və həmin şəxs dərhal xəstəxanaya çatdırılıb. Xəstəxananın cərrahiyə şöbəsinin baş həkimi Azər Salmanov bildirir ki, xəstəxanada ilan zəhəri əleyhinə dərmanlar mövcuddur. İsti iqlimi ilə seçilən Goranboyda bu il hələki ilansancma hadisəsi qeydə alınmayıb. Rayon Xəstəxanasından verilən məlumata görə, ötən il 20-dən artıq sakini ilan sancıb. Onlar arasında vəziyyəti ağır olanlar da olub. İlan sancmalarına qarşı Goranboyda da lazımi tibbi tədbirlər görülüb. Goranboyda daha çox Qafqaz gürzəsinə rast gəlinir ki, onlar da yay aylarında təsərüffat sahələrində çalışan insanlara ziyan vururlar.