İranda məhbuslar ayağa qalxdı: 5 gün...

  • 21.02.2019
  • 0

Cənubi Azərbaycanda 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilib.

Publika.az xəbər verir ki, Ərdəbil və Qoşaçay şəhərlərində məktəblərdə şagirdlərə çox sayda azərbaycanca kitablar hədiyyə edilib.

Azərbaycanlı milli-mədəni fəalların kitablar paylaması müəllimlər, şagirdlər və onların valideynləri tərəfindən alqışlanıb.

İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəallar isə Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyasına başlayıb.

Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və Əmir Səttari bir neçə gün əvvəl bəyanat yayaraq fevralın 20-dən aclıq edəcəklərini elan ediblər. 5 gün davam edəcək aksiya məktəblərdə Azərbaycan dilinin tədris olunmaması və Azərbaycan dilinin İranda rəsmi dil kimi tanınmamasına etiraz olaraq keçirilir.

Nə düşünürsən?