Ər arvadını əvvəlcə soyundurdu, sonra başına ip keçirib...

  • 18.02.2019
  • 0

Türkiyədə 17 yaşlı qızı tərəfindən qətlə yetirilən Abdullah Qazi A. haqqında yayılan məlumatlar hər kəsi şoka salıb.

AzNews.az xəbər verir ki, ATV telekanalında yayımlanan "Müge Anlı ile tatlı-sert" verilişinə zəng edən Abdullah Qazinin keçmiş həyat yoldaşı Yasemin onun çox qəddar və amansız insan olduğunu bildirib.

"Abullah məni soyundurub, boğazıma ip keçirərək vəhşicəsinə döyürdü. Bir gün məni tanımadığım bir evə apararaq zirzəmiyə saldı. Mənə orada günlərlə işgəncə verdi. Ailəm və mən ondan qorxduğumuz üşün başqa şəhərə köçdük. Abdullahın mənə verdiyi əzabları danışmaqla bitməz".

Qeyd edək ki, bir aya yaxındır axtarılan Abdullah Qazinin qətlə yetirildiyi ortaya çıxıb. Onun böyük qızı Gizem A. atasını öldürdüyünü etiraf edib.

Məlum olub ki, qız atasını öldürdükdən sonra meyiti anası ilə birlikdə təndirdə yandırıb. Qətlin təfərrüatını 17 yaşlı Gizem A. Türkiyənin ATV telekanalında yayımlanan "Müge Anlı ilə tatlı sert" verilişindən sonra aparıcıya danışıb.

"Atam 18 yanvar axşamı evə içkili halda gəldi. Anamı döyərək ona zorla bir sənəd imzalatdı. Daha sonra silahı çıxardı. Mən anamı qorumaq üçün atama hücum etdim. Qəfildən atəş açıldı. Atam yerə yıxıldı. O, ölməsəydi, anamı öldürəcəkdi. Sonra onu həyətimizdəki təndirdə yandırdıq".

Nə düşünürsən?