“Paltarı nəm-nəm geyinirdim” – Rəmişin həyat yoldaşı

  • 15.02.2019
  • 0

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı Rafiq Hüseynov (Rəmiş) və yoldaşı Gülü olub.

Publika.az Xalq artistinin həyat yoldaşı keçdiyi çətin dönəmlərdən söhbət açıb:

“Hər bir qadın yoldaşına dayaq, dost olmalıdır. O, səni yedizdirib, gəzdirəndə yaxşı olur, biraz çətin gündə yeməyin və geyinməyin zəif olanda artıq ər pis olur? Biz o ağır günləri çox yaşamışıq. Evimiz olmayıb, maşında yatmışıq. Yemək tapdığımız gün də olub, tapmadığımız da. Mən hər zaman şükür etmişəm. İndi şükürlər olsun ki, o günlər arxada qalıb, amma mən o günləri unutmamışam. Bir dənə paltarım olub, onu yumuşam, nəm-nəm geyinmişəm. İndi o platar hər zaman dolabımda gözümün qabağındadır ki, “Gülü, birdən qudurarsan ha?” İndi evimiz də var, yeməyimiz də var, özümüzə aid balaca maşınımız da var. Şükürlər olsun, dolanırıq."

Nə düşünürsən?