Dünyanı qarışdıran iddia: Hərbi təyyarələr hazır vəziyyətə gətirilib

  • 15.02.2019
  • 0

Venesuela ətrafında böhran daha da dərinləşir. 

Bəzi məlumatlara görə, ABŞ Venesuelaya hərbi müdaxilə üçün Karib dənizinə xüsusi hərbi qüvvə göndərib. Bu iddia ilə Kuba tərəfi çıxış edib. 

Kuba ABŞ-ın humanitar yardım adı altında əslində Venesuelaya hərbi avadanlıq gödərdiyi iddiasını da irəli sürüb. Ölkədə nəşr olunan "Granma" qəzetinin yazdığına görə, ABŞ-ın hərbi təyyarləri dünən gecə Portoriko və Dominik Respublikaları da daxil olmaqla bölgədəki strateji nöqtələrə enib.

Təyyarələrin bölgəyə 6-10 fevrlada gəldiyi və ümdaxiləyə ahzır vəziyyətdə dayandığı bildirilir. 

Xatırladaq ki, Nikolas Maduro ABŞ-ın humanitar yardımının ölkəyə buraxılmaması üçün sərhədlərin bağlandığını elan edib. 

Nə düşünürsən?