Suriyada 40 əsir dəyişdirildi

  • 13.02.2019
  • 0

Suriyada çərşənbə axşamı Hələbin şimal-şərqində yerləşən Əl-Bab şəhərində suriyalı hərbçilərlə Türkiyənin dəstəklədiyi silahlı qruplaşma üzvləri arasında əsir mübadiləsi baş tuitub. FaktXəbər bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Mübadilə zamanı Rusiya, Türkiyə və İranın Müdafiə Nazirliklərinin nümayəndələri, habelə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatlarının müşahidəçiləri iştirak ediblər.

Tərəflər bir-birinə 20 əsiri geri qaytarıb.