Acun xərçəng xəstəsi gəncin arzusunu reallaşdırdı

  • 18.01.2019
  • 0

Acun İlıcalı xərçəng xəstəsi olan Caner Güdük adlı gəncin arzusunu ürəyində qoymayıb.

“Ölkə.Az” xəbər verir ki, Caner “O səs Türkiyə” müsabiqəsində iştirak etmək istəyib və Acun onu səhnəyə çıxarıb.

Xərçəng xəstəliyi ilə mübarizə aparan 16 yaşlı Canerin ən böyük arzusu “O səs Türkiyə” səhnəsinə çıxıb mahnı oxumaq idi. Onun çağırışı cavabsız qalmayıb.

Caner istəyini bir video çarx vasitəsilə sosial şəbəkədə yayıb. O, saz ilə mahnı ifa etdiyini və ölmədən əvvəl son arzusunun “O səs Türkiyə” müsabiqəsində mahnı oxumaq olduğunu bildirib. Acun isə onun arzusunu reallaşdırıb. 

“O səs Türkiyə”nin studiyasından foto paylaşan Caner yazıb:

“Nəhayət, arzuma çatdım. Dəstək verən hər kəsə təşəkkür edirəm”.

Nə düşünürsən?