“Narkotik elə oğlanların başını yerə qoyub ki…” - Səidə

  • 10.01.2019
  • 0

Müğənni Səidə Sultan “Bizimləsən” proqramında qonaq olarkən göz yaşlarını saxlaya bilməyib.  Buna səbəb mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdə yaşamasıdır. 

Göz yaşlarını saxlaya bilməyən Səidə həmkarlarını Z. Sabirabadlının ailəsinə dəstək olmağa çağırıb. S. Sultan musiqiçinin narkotikdən öldüyünü deyənlərə də cavab verib:

“Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 manatdan atışsaq, böyük pul deyil. Sizin burada verdiyiniz pulun miqdarı açıqlanmayacaq”. 

Nə düşünürsən?