5 il müddətinə həbs edilən Fədayədən son xəbər

  • 09.01.2019
  • 0

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

Bu barədə trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçın görüş zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən veriləcək apelyasiya şikayəti ilə tanış olub: "Şikayətlə tanış oldu və apelyasiya şikayətinə razılıq verdi. Yaxın günlərdə apelyasiya şikayətini təqdim edəcəyik".

Vəkil bildirib ki, F.Laçının saxlanma şəraitindən narazılığı yoxdur.

Nə düşünürsən?