Narkotikdən dünyasını dəyişən azərbaycanlı sənətçinin arvadı efirdə krediti üçün pul istədi

09.01.2019 | 1 407 | 0

Dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib. 

 Axşam.az-ın məlumatına görə, övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün kömək istəyib:

"Ailəsinə yaxşı baxırdı, ondan narazıçılığım olmayıb. Xəstəlikdən əziyyət çəkirdi, qazancı ona gedirdi. Amma birotaqlı ev almışdıq. İpoteka krediti idi, 3 illikdir. Vaxtımız bitdi, Zahid 6 ay vaxt almışdı. Zahidin 40-na qədər vaxt veriblər. 13 min borcumuz qalıb, ödəməsək, satışa çıxaracaqlar. Zahidi sevənlərdən dəstək istəyirəm, gücü çatan yardım etsin. Bura gələndə də çox tərəddüt edirdim, amma əlacım qalmadı". 

 

Gəlir mənbəyindən asılı olmayaraq Daxili ipotekaya müraciət edin.

Leyli xalq artisti Aftandil İsrafilovun onun həyat yoldaşı haqqında dediyi "Narkomanların yasına getmirəm" kəlməsinə də münasibət bildirib:

"Ayıbdır. Getməmisən, denən gedə bilməmişəm. O sözün yeri yox idi. Zahid sinir xəstəliyindən əziyyət çəkirdi. Ürəyindən oldu, yatdı ayılmadı".

Nə düşünürsən?