İmkansızlıqdan müalicə olunmayan Rəmişin qazancı eşidənləri şoka saldı

  • 08.01.2019
  • 0

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "Şou ATV"də illər öncəki qazancından danışıb.

Milli.Az xəbər verir ki, xalq artisti indinin özündə də pul saymağı xoşlamadığını bildirib.

Rəmişin bir zamanlar qazancı ilə bağlı etdiyi etiraf aparıcı Nanəni də təəccübləndirib:

"Pul sayanda yarısı maşına tökülür. Maşını qaraja salan bir nəfər var. Həmişə yüzlüklər olur, götürür oradan. Mən də utandığımdan demirəm. Adama deyərlər ki, ağlın var tökmə yerə.

Mən çox pul görmüşəm. İndi olmasa da elə bilirəm var. Su gələn arxa həmişə gələr. Elə olub ki, bu studiya ağırlığında pul qazanmışam. Hər toydan 300, 350 min. O biri qonşu ölkələrə gedəndə iki qat artıq".

Qeyd edək ki, son zamanlar səhhətində ciddi narahatlıq yaranan xalq artisti hazırda 10 min manat pul dərdindən müalicə oluna bilmir.

Nə düşünürsən?